“Bank Respublika” komissiyasız mikrokreditlər təklif edir

“Bank Respublika” komissiyasız mikrokreditlər təklif edir
14:27 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ “Bank Respublika” ASC-də mikrokreditlər iyulun 15-nə qədər komissiyasız veriləcək.
Bu barədə “Report”a Bankdan bildirilib.
Məlumatda deyilir ki, borcun maksimal məbləği 20 min manat və yaxud dollar ekvivalenti, maksimal müddəti isə 24 aydır. İllik faiz dərəcəsi 12%-dən başlayır.
Mikrokredit götürmək üçün “Bank Respublika”nın istənilən filialına müraciət etmək olar. Yeni şərtlərə əsasən, indi daşınmaz əmlak, nəqliyyat vasitələri, dövriyyədə olan əmtəə, təchizat, digər banklardan zəmanətlər və depozitlə yanaşı girov qismində müştərinin evi də çıxış edə bilər.
“Bank Respublika”dan kredit almağın əsas üstünlüklərindən biri də odur ki, Banka gəlmədən “İnternet Şöbə” xidməti və “Mobil Şöbə” əlavəsi üzərindən ödəniş etmək mümkündür.

Kreditləşmə şərtləri haqqında daha ətraflı məlumat www.bankrespublika.az verilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR