62 ilin ən yaxşısı: "Qarabağ" "Neftçi"yə yuxarıdan baxır

62 ilin ən yaxşısı: "Qarabağ" "Neftçi"yə yuxarıdan baxır
14:32 22 İyun 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Kuboku və Çempionlar Liqasının 1955-2017-ci illər aralığındakı ən güclü klublarını sıralayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokuboklarda iştirak etmiş 500 klubun düşdüyü siyahıda Azərbaycanın 7 komandası yer alıb.

Ən yüksək reytinqli klubumuz avrokuboklardakı ən uğurlu təmsilçimiz olan "Qarabağ"dı. 155-ci pillədə qərar tutan ağdamlıları 162-ci yerdə olan "Neftçi" izləyir. Hər iki klubumuz Avropanın bir çox köklü komandasını geridə qoymağı bacarıb.
 
Maraqlıdı ki, hazırda həvəskarlar liqasında mübarizə aparan "Bakı" 62 ili əhatə edən sıralamada 260-cı yeri tutub və Azərbaycanın 3-cü komandası olub. "500-lüy"ə düşən digər təmsilçilərimizdən "İnter" 287-ci, hazırda I divizionda mübarizə aparan "Şəmkir" 377-ci, "Kəpəz" 378-ci, fəaliyyətini dayandıran "Xəzər Lənkəran" isə 403-cü pillədə göstərilib.
 
Postsovet məkanı ölkələrinin komandaları arasında liderlik ukraynalılara məxsusdu. Vaxtilə Avropa arenasında söz sahibi olan Kiyev "Dinamo"su 11-ci, son illər bu missiyanı yerinə yetirən Donetsk "Şaxtyor"u isə 31-ci olub. Ən yaxşı göstəriciyə malik olan Azərbaycan təmsilçisi "Qarabağ" keçmiş SSRİ klubları arasında 17-ci yerdə qərarlaşıb. Ağdamlıları "Spartak" (Moskva, Rusiya - 35-ci yer), BATE (Belarus - 42), MOİK (Rusiya - 48), "Zenit" (Rusiya - 54), "Şerif" (Moldova - 72), "Skonto" (Latviya - 84), "Dinamo" (Tbilisi, Gürcüstan - 99), "Lokomotiv" (Rusiya - 100), "Kaunas" (Litva - 107), "Pünik" (Ermənistan - 117), "Aktobe" (Qazaxıstan - 134), "Levadiya" (Estoniya - 135), "Zimbru" (Moldova - 145) və "Astana" (Qazaxıstan - 148) qabaqlayır.
 
Reytinqə Çempionlar Liqasının 12 qat qalibi "Real" başçılıq edir. "Bavariya" ikinci yeri tutubsa, ilk "üçlüy"ü digər İspaniya nəhəngi "Barselona" qapayıb.
 
Qardaş ölkə Türkiyənin ən uğurlu komandası "Qalatasaray"dı. "Cim-bom" 19-cu ola bilibsə, türklərin ilk "100-lük"dəki digər klubları "Fənərbaxça" (45) və "Beşiktaş"dı (58). Qonşularımızın daha 3 komandası - "Trabzonspor" (111), "Sivasspor" (368) və "Bursaspor" (424) da "500-lük"də özünə yer edə bilib.
 
İlk "20-lik":
1. "Real" (İspaniya)
2. "Bavariya" (Almaniya)
3. "Barselona" (İspaniya)
4. "Mançester Yunayted" (İngiltərə)
5. "Milan" (İtaliya)
6. "Yuventus" (İtaliya)
7. "Benfika" (Portuqaliya)
8. "Porto" (Portuqaliya)
9. "Arsenal" (İngiltərə)
10. "Liverpul" (İngiltərə)
11. "Dinamo" (Kiyev, Ukrayna)
12. "Ayaks" (Hollandiya)
13. "İnter" (İtaliya)
14. "Seltik" (Şotlandiya)
15. "Çelsi" (İngiltərə)
16. "Anderlext" (Belçika)
17. "Reyncers" (Şotlandiya)
18. PSV (Hollandiya)
19. "Qalatasaray" (Türkiyə)
20. "Lion" (Fransa)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR