Moldova Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Moldova Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
14:55 22 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

Prezident İ.Dodon görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzüb.

Moldova Prezidenti Azərbaycana rəsmi səfəri çərçivəsində Şəhidlər xiyabanını da ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldova Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Moldovanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Moldova Prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2769669.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR