Bayram ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Bayram ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
14:55 22 İyun 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinidən Trend-ə verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub.

Ramazan bayramı ərəfəsində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün əvvəlcədən, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2769667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR