“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub

“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı nəşr olunub
15:02 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ “Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (2/2017) sayı nəşr olunub.
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, jurnalın bu sayında “Buker mükafatı laureatları” rubrikasında – Kazuo İsiquronun “O günlərdən qalanlar” romanı,“Azərbaycan ədəbiyyatı” rubrikasında – Əlisəmid Kürün şeirləri dərc olunub. 
Bundan başqa, nəşrdə “XX əsrin klassikləri” rubrikasında – Herman Hessenin “Cavanlıq gözəl şeydir” hekayəsi,“Rus ədəbiyyatı” rubrikasında – yeni tərcümədə Nikolay Qoqolun “Şinel” hekayəsi, “Korifeylər” rubrikasında – Doris Lessinqin “Qarışqa yuvası” povesti, “Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı,“Kinolaşan əsərlər” rubrikasında “Hamletin ədəbi müəmması və ya sənətin yeddinci möcüzəsi”, “İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri, “Teatr” rubrikasında – Ejen İoneskonun “Keçəl müğənni qız” pyesi, Mixail Çexovun “Aktyorluq dərsləri”,Uinston Çörçilin memuarları, Çağdaş Ukrayna poeziyasından nümunələr və s. maraqlı yazılar yer alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR