"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejmində çalışacaq

"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejmində çalışacaq
15:07 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda bayram günlərində sərnişin axınının artması ilə əlaqədar olaraq “Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ərəfəsində gücləndirilmiş iş rejiminə keçəcək.
Şirkətdən "Report"a verilən məlumata görə, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub: "Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək".
Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR