Bundesliqanın ən yaxşı gənc futbolçusu "Barselona"ya gedir

Bundesliqanın ən yaxşı gənc futbolçusu "Barselona"ya gedir
15:12 22 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya Bundesliqasının rəsmi saytı ötən mövsümün ən yaxşı gənc futbolçusunu seçib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu mükafat "Borussiya dortmund"un hücumçusu Usman Dembeleyə təqdim olunacaq. 20 yaşlı futbolçu fevralda da buna bənzər mükafata sahib çıxmışdı. Dembele Bundesliqada keçirdiyi 32 oyunda 6 qol və 12 məhsuldar ötürmənin müəllifi olub. "Bild"in məlumatına görə gənc forvard karyerasını "Barselona"da davam etdirəcək.

Onun agenti katalon klubu ilə 5 illik müqaviləni razılaşdırıb. Transferə 50 milyon avronun sərf olunması gözlənilir. Dortmund klubu isə Dembeleni 90 milyon avrodan aşağı qiymətə satmayacağını elan etmişdi. Onun "Borussiya" ilə cari müqaviləsi 2021-ci ilin yayında başa çatmalıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR