Moskvanın enerji layihəsi TƏHLÜKƏDƏ

Moskvanın enerji layihəsi TƏHLÜKƏDƏ
15:23 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Kiyev ABŞ və Avropa İttifaqı ilə “Şimal axını-2” qaz kəmərinin tikintisi üzrə mövqeyini əlaqələndirir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

“Mən Avropa İttifaqı və ABŞ-la effektiv əməkdaşlığın davam etdirilməsinə ümid edirəm. Biz həmçinin Rusiya tərəfindən “Şimal axını-2” energetika layihəsinin icrası ilə əlaqədar mövqeyimizi əlaqələndiririk. Bu layihəni Rusiyanın Ukraynaya qarşı energetika təcavüzünün aləti hesab edirik. Layihə yalnız Ukraynaya deyil, həm də bütün Avropa İttifaqına qarşıdır”, - Poroşenko bildirib.

Qeyd edək ki, “Şimal axını-2” qaz kəməri layihəsi Baltika dənizi vasitəsilə ildə 55 milyard kubmetr qazın Almaniyaya çatdırılmasını nəzərdə tutur. Çexiya, Estoniya, Macarıstan, Latviya, Polşa, Slovakiya, Rumıniya və Litva layihəyə qarşı çıxaraq, Avropa Komissiyasına məktub göndəriblər. Onların fikrincə, layihə özü ilə geosiyasi destabilizasiya risklərini gətirir.

Bir neçə gün əvvəl isə ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyaları qəbul edib. Sanksiyalar həmçinin “Şimal axını-2” layihəsini də hədəfə alır.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR