İqtisadiyyat naziri Qaxda vətəndaşları qəbul edəcək

İqtisadiyyat naziri Qaxda vətəndaşları qəbul edəcək
15:27 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Sabah iqtisadiyyat naziri Şahin Mustafayev Qaxda Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. 
İqtisadiyyat Nazirliyindən "Report"a daxil olan məlumata görə, vətəndaşların qəbulu saat 12:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: N.Nərimanov prospekti, 4) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün office@economy.gov.az elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, Nazirliyin Şəki-Zaqatala regional bölməsi (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (024) 244-27-11, (050) 391-75-72, e-poçt: qalib.masimov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR