DİM: Magistraturaya bəzi ixtisaslar plan yerlərinin 50%-dən çoxu boş qalıb

DİM: Magistraturaya bəzi ixtisaslar plan yerlərinin 50%-dən çoxu boş qalıb
15:36 22 İyun 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticəsində plan yerləri 80.92% dolub.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 80.92% dolub

Ancaq proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir: "Misal üçün, proseslərin avtomatlaşdırılması, geodeziya və xəritəçilik, kimya, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyinə, coğrafiya, əczaçılıq və xüsusi təyinatlı hərbi ixtisaslara aid 13, 17, 18, 24, 25, 34, 55, 59, 61, 62, 63, 67 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dağ-mədən mühəndisliyi, filologiya və tərcümə, dinşünaslıq, balıqçılıq sahələrinə aid 29, 39, 41, 43, 51, 52, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb. Bu proqamlar üzrə plan yerlərinin tam dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi".

DİM-dən bildirilib ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar iyunun 29-dan iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Magistr proqramları üzrə boş qalan yerləri olan ixtisaslaşmalara müsabiqə yolu ilə yerləşdirmə 2017-ci ilin avqust ayında aparılacaq. Həmin yerlərin siyahısı və müsabiqədə iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

Xatırladaq ki, təqdim olunan statistik məlumatlar qəbul olduqdan sonra qeydiyyatdan keçməyənlərə və boş qalan plan yerlərinə əlavə yerləşdirmə aparılacağına görə dəyişəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR