Beynəlxalq Bankdan Ramazan bayramı ərəfəsində hədiyyəli kampaniya

Beynəlxalq Bankdan Ramazan bayramı ərəfəsində hədiyyəli kampaniya
15:36 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Özəl günləri müştərilər üçün hər zaman xoş sürprizlərlə unudulmaz etməyə çalışan Azərbaycan Beynəlxalq Bankı Müqəddəs Ramazan bayramı ərəfəsində də yeni bir kampaniyaya start verir.

Bankdan Trend-ə verilən məlumata görə, “Hədiyyəli bayram alış-verişi” şüarı altında keçirilən kampaniya dövründə bankın bütün plastik kartları (əmək haqqı, pensiya kartı və digər kartlar) ilə bu banka aid POS-terminallarda ən çox məbləğdə alış-veriş edən ilk 100 müştəri Azərbaycan Beynəlxalq Bankından aşağıdakı hədiyyələri qazanacaq:

Ən çox məbləğdə ödəniş etmiş ilk 10 nəfərə “Səyahət dəsti” + 100 AZN pul mükafatı
Ən çox məbləğdə ödəniş etmiş növbəti 10 nəfərə 100 AZN pul mükafatı
Ən çox məbləğdə ödəniş etmiş növbəti 30 nəfərə 50 AZN pul mükafatı
Ən çox məbləğdə ödəniş etmiş növbəti 50 nəfərə 30 AZN pul mükafatı

Kampaniya 23-30 iyun müddətində keçərlidir. Bu imkandan Azərbaycan Beynəlxalq Bankının POS-terminallarının olduğu hər yerdə, supermarketlərdə, restoranlarda, geyim və parfümeriya dükanlarında, eləcə də digər ticarət və xidmət məkanlarında faydalanmaq mümkündür.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR