"Əri əylənməyə aparmadığı üçün boşanan qadınlar var"

Bu ilin ilk 4 ayı ərzində 4896 boşanma halı qeydə alınıb.

Metbuat.az xəbər verir ki, ölkədə boşanma hallarının sayında artım müşahidə olunur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin ilk 4 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 18 min 229 nikah və 4896 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.

Azərbaycanda qadınlar hansı səbəblərdən boşanmaq üçün müraciət edir?

Vəkil Asif Abdullayev Metbuat.az-a açıqlamasında deyib: “Həyat yoldaşı gəzməyə, əylənməyə aparmadığı üçün boşanan xanımlar var. Bəzən bizə müraciət edən xanımlar ərlərinə hədə-qorxu gəlmək üçün boşandıqlarını deyir. Müraciət edəndə deyirlər ki, ərimi qorxutmaq üçün bu proseduru başladıram. Sosial şəbəkələrdəki qısqanclıq üzündən boşananlar da az deyil. Hətta, elə cütlük olub ki, virtual yazışmaq onların boşanmasına səbəb olub. Münasibət uyğunsuzluğu, xəyanət, ailədaxili şiddət və s. boşanmağa gətirib çıxaran səbəblərdəndir”.

Hansı yaş aralığında daha çox boşanma hallarına rast gəlinir?

Vəkil Asif Abdullayev deyib ki, Azərbaycanda kişilər daha çox 30-34, qadınlar isə 25-29 yaşlarında boşanır.

Aysel Yaqubqızı / Metbuat.az

Bu il Azərbaycanda nikaha girənlərin və boşananların sayı açıqlanıb)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR