Bayram namazı nə vaxt qılınacaq?

Bayram namazı nə vaxt qılınacaq?
16:13 22 İyun 2017
379 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bayram namazı iyunun 26-da əsasən saat 09:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, ölkənin baş məscidi olan "Təzə Pir"də namaz QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə saat 09:00-da qılınacaq.

Saat 08:00-da isə QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində namaz qılınacaq.

QMİ-dən o da bildirilib ki, bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, dünən QMİ ölkənin iki məscidində qılınacaq bayram namazının vaxtını açıqlayıb. Bundan sonra sosial şəbəkələrdə digər məscidlərdə bayram namazının vaxtının açıqlanmaması tənqid olunub, bununla bağlı geniş müzakirələr açılıb. (report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR