İmmunitet sistemini gücləndirir, çox faydalıdır

Kəklikotu xalq təbabətində dərman kimi eləcə də, qurudulmuş halda yeməklərə dad vermək üçün istifadə edilir.

Metbuat.az xəbər verir ki, kəklikotu çayı xalq təbabətində bir çox xəstəliyin müalicəsində istifadə edilir. Çayı hazırlamaq üçün 2 stəkan suyu qaynadın. Qaynatdıqdan sonra ocaqdan götürün. Suyun içərisinə bir yemək qaşığı qurudulmuş kəklikotu əlavə edin. 15 dəqiqə dəmlədikdən sonra süzüb için.

Çayın faydaları nələrdir?

İmmunitet sistemini gücləndirir, xəstəliklərə qarşı qoruyur. Antioksidantdır. Sidikqovucudur. Kəklikotu çayı bronxit, astma kimi xəstəliklərə faydalıdır. Sinir sistemini sakitləşdirir. Mədə problemlərinə yaxşıdır. Xolestrolu aşağı salır. 2013-cu ildə aparılan araşdırma nəticəsində kəklikotu çayının ruh sağlamlığına faydalı olduğu məlum olub. Bədəndəki “dopamin” və “serotonin” hormonlarını artırır.

Aysel Yaqubqızı / Metbuat.az

(Bu bitki Naxçıvanda bitir, min dərdin dərmanıdır... - Çox için...)

(Böyrək daşını yox edən qarışıq - XALQ TƏBABƏTİ)

(Diş ağrısından xilas olmağın təbii üsulları - XALQ TƏBABƏTİ)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR