"Barselona" 20 yaşlı ulduz alır - DANIŞIQLAR YEKUNLAŞDI

"Barselona" 20 yaşlı ulduz alır  - DANIŞIQLAR YEKUNLAŞDI
16:27 22 İyun 2017
51 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona” Dortmund “Borussiya”sının forvardı Osman Dembeleni rənglərinə bağlayır. Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, uzun müddətdi danışıq aparan tərəflər ortaq məxrəcə gəlib.


 

 20 yaşlı Dembele 5 illik müqaviləyə qol çəkəcək.  Kataloniya klubunun rəhbərliyi Fransa millisinin hücumçusuna görə 70 milyon avro xərcləyə biləcəyini bəyan edib. Məlumatı yayan mənbə 2016/17 mövsümündə Bundesliqanın ən yaxşı gənc oyunçusu seçilən Osmana 90 milyon avro qiymət qoyan "arılar"ın qarşı tərəfə güzəşt edəcəyi vurğulayıb.

 

 Ötən yay “Renn”dən 15 milyon avroya alınan Dembele son mövsümdə “Borussiya”nın formasıyla çıxdığı 49 matçda 10 qol, 19 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb. Çempionat oyunlarına gəlincə, 12 dəfə assistentlik məharətini ortaya qoyan hücumçu bu göstəricidə Bundesliqada rəqib tanımayıb.



Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR