“Vikiliks” MKİ-ni nəvbəti dəfə ifşa etdi – “AMANSIZ KENQURU”

“Vikiliks” MKİ-ni nəvbəti dəfə ifşa etdi – “AMANSIZ KENQURU”
16:28 22 İyun 2017
37 Dünya
Ölkə mətbuatı
A- A+

“Vikiliks” portalı “Vault 7” nəşrlər seriyası çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kibercasus haqqında məxfi sənədlərinin növbəti hissəsini dərc edib.

Publika.az xəbər verir k, sənədlərin növbəti hissəsi “Amansız kenquru” (Brutal Kangaroo) adlanır.

Proqram birbaşa təşkilatın kompüter şəbəkəsinə daxil olmağa qadirdir. O İnternetə qoşulmuş şəbəkənin kompüterini “yoluxdurur” və onda “Amansız kenquru” zərərverici proqramı yaradır. Proqram nəticədə şəbəkəyə qoşulan bütün kompüterlərə ötürülür.

Xatırladaq ki, məxfi sənədlərin əvvəlki hissəsi olan “Pandemiya” (“Pandemic”) iyunun 2-də dərc edilib. Proqram lokal şəbəkə daxilində faylların ötürülməsi prosesində istifadəçilərin kompüterlərini “yoluxdurmağa” imkan verir. Bu halda serverdə ilk fayl dəyişmir, o, məhz ötürülmə prosesində şəklini dəyişir və onun üzə çıxarılmasını çətinləşdirir.

MKİ-nin “Afina” kibercasus alətləri haqqında sənədlərinin əvvəlki paketi mayın 19-da dərc edilib. Sənədlərdə MKİ tərəfindən istifadə edilən kibercasusların iki alətindən danışılırdı. "Vikiliks" bundan əvvəl – mayın 5-də MKİ-nin “Arximed" adlı texnologiyasının təsvirini dərc edib.

Qeyd edək ki, “Vikiliks” martın 7-dən “Vault 7” nəşrlər seriyası çərçivəsində MKİ tərəfindən kiberhücumlar üçün tətbiq edilən müxtəlif üsullar haqqında məlumatları dərc etməyə başlayıb. “Dark Matter” (“Tünd materiya”) kimi göstərilmiş MKİ-nin sənədlərinin əvvəlki hissəsi martın 23-də dərc olunub. Martın 31-də dərc edilən “Marble” (“Mərmər”) adlandırılan hissədə 676 fayl var idi. HIVE (“Arı pətəyi”) kimi göstərilmiş əvvəlki hissə aprelin 14-də elan edilmişdi. Aprelin 21-də isə məxfi sənədlərin yeni hissəsi olan “Ağlayan mələk” dərc olunub.

Sənədlərdə qeyd edilir ki, MKİ Apple cihazlarında “kök atmaq” üçün eyni zamanda bir neçə alətdən istifadə edirmiş. Buraya həmçinin “əməliyyat sisteminin sındırılmasına yönəlmiş EFI/UEFI imkanları və utilitləri” də daxildir. Məxfi sənədlərdən aydın olur ki, CİA “Apple”, “Google” və “Microsoft” istifadəçilərini asanlıqla izləyir. 5 min haker ordusu Feysbuk üzərindən insanlara nəzarət edir. Bu metodun CİA ilə Böyük Britaniya kəşfiyyatı “Mi5” birlikdə yaradıb. Məlumata görə, “Samsung” markalı “smart” televizorlar izlənmə üçün ən yaxşı vasitədir. Televizorun qeydə aldığı səs qeydləri avtomatik olaraq CİA-nın mərkəzinə ötürülür.

MKİ-nin haker proqramlarının hazırlamasında Britaniyanın əks-kəşfiyyat xidməti (Mİ5) ilə əməkdaşlıq etdiyi bildirilir.

Qeyd edək ki, “Vikiliks” mənbələrini açıqlamadan müxtəlif xarakterli məxfi sənədlərin internetdə dərci üzrə ixtisaslaşan beynəlxalq qeyri-kommersiya təşkilatıdır.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR