Deputat Ağacan Abıyev: “Xahiş edirəm, mənim fikirlərim cəmiyyətə yanlış şəkildə təqdim olunmasın”

Deputat Ağacan Abıyev: “Xahiş edirəm, mənim fikirlərim cəmiyyətə yanlış şəkildə təqdim olunmasın”
16:37 22 İyun 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev barəsində səsləndirilən fikirlərə münasibət bildirib.
Parlamentin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, mətbuatda Komissiya sədri Ağacan Abıyevin “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ilə bağlı söylədiyi fikirlər ictimaiyyətə tamamilə yanlış təqdim olunub.
Qeyd olunub ki, guya Ağacan Abıyev bu sənədin “mənasız və qeyri-ciddi” olduğunu söyləyib. O isə belə söz işlətmədiyini deyib: “İyunun 20-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sənədin müzakirəsi zamanı dediyim fikirlər və bununla əlaqədar mətbuata açıqlamam tamamilə kontekstdən çıxarılıb. Bu qanun dünyanın əksər ölkələrində qəbul olunub. Çox da uğurla işləyir. Mən qanunun əhəmiyyətini yüksək qiymətləndirirəm. Heç kəs bu sənədin aktuallığını şübhə altına ala bilməz. Əsla, qanun layihəsinin mahiyyətini azaldacaq bir fikrə yol verməmişəm. Sadəcə qanun layihəsində deputata verilən hədiyyələr məsələsinə münasibət bildirmişəm. Xahiş edirəm, mənim fikirlərim cəmiyyətə yanlış şəkildə təqdim olunmasın”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR