"Bakıda yeni imkanlar qazana bilərik" - Maks Ferstappen - FOTO

"Bakıda yeni imkanlar qazana bilərik" - Maks Ferstappen - FOTO
16:52 22 İyun 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hələ lap gənc yaşlarımdan Formula 1 yarışlarında uğur qazanmaq mənim arzum idi. Atam da bu idman növü ilə məşğul olub. Bu yarış mənim üçün həyat deməkdir. Burada qalib olmaq mənim ən başçıla məqsədimdir".

Milli.Az xəbər verir ki, bunu Red Bull Racing komandasının Formula 1 yarışları üzrə hollandiyalı pilotu Maks Ferstappen komanda yoldaşı Daniel Rikardo ilə birgə Bakıda Azərbaycan Qran Prisi ərəfəsində keçirilən mətbuat konfransında deyib.

O, Bakıdakı yarışla bağlı gözləntilərini belə açıqlayıb: "Bu yeni trasdır. Bakıda yeni imkanlar qazana bilərik. İstəyirik ki, mümkün qədər tez başlayaq və azarkeşləri görək".

Xatırladaq ki, M.Ferstappen 14-16 aprel tarixlərində Bəhreyndə keçirilmiş Qran Pridə podiumda yer tuta bilmiş və 3-cü olmuşdu.

Qeyd edək ki, Formula 1 Yarışları üzrə Azərbaycan Qran Prisi iyunun 23-dən 25-dək Bakıda keçiriləcək.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR