"Elə bildim tapa bilməyəcəklər" - 4 ev soyan oğru - VİDEO - FOTO

"Elə bildim tapa bilməyəcəklər" - 4 ev soyan oğru - VİDEO - FOTO
16:57 22 İyun 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron polisi iki il əvvəl baş verən oğurluq hadisəsinin üstünü açıb. 

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, 2015-ci ilin noyabr ayında Xırdalan şəhərində yaşayan 4 sakin Abşeron Rayon Polis İdarəsinə müraciət edərək evlərinin qarət olunmasından şikayətləniblər.

Məlum olub ki, naməlum şəxs 4 evə girsə də birindən oğurluq edib. Əməliyyatçılar cinayəti törətməkdə şübhəli bilinən Mehdiabad qəsəbə sakini 23 yaşlı Kamran İsmayılovu saxlayıblar. O, valideynləri ilə birgə qəsəbədə yaşasa da, iki il əvvəl evlərində tikinti işləri aparıldığından 4 ay Xırdalanda kirayədə qalıblar. Elə oğurluğu da həmin müddət ərzində törədib.

Kamran İsmayılov (saxlanılan şəxs): "Qapıda qıfıl var idi, pəncərədən girdim. Oradan oğurluq etdim. Başqa yerlərə də girdim. Heç nə tapmayıb boş çıxdım. Birindən qızıl və noutbuk götürdüm. 450 manata satdım. Dedim yəqin tapa bilməyəcəklər. İki ildən sonra polislər məni tutdu.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalar davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/556754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR