İranda “Telegram”ın tutulan menecerləri aclıq aksiyasına başlayıb

İranda “Telegram”ın tutulan menecerləri aclıq aksiyasına başlayıb
16:57 22 İyun 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ İranda “Telegram” mesaj proqramının üç ay əvvəl tutulan menecerlərindən 4-ü aclıq aksiyasına başlayıb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin ailəsinə aid olduğu deyilən “jamaran.ir” internet saytı bu barədə məlumat yayıb.
Menecerlərdən ikisinin vəkili Əli Müctehidzadə bu günə qədər müvəkkiləri ilə görüşə şərait yaradılmadığını bildirib: “Onların sağlamlığının vəziyyətindən də xəbərsizəm. Ancaq ailə üzvlərindən müvəkkilərimin aclıq aksiyasına başladığını eşitdim”.
“Kelime” portalı “Telegram”ın 6 meneceri - Nima Keşveri, Said Nakdi, Subhan Cəfəri Taş, Məhəmməd Cavad Cəmşidi, Müctəba Baqiri və Əli Əhmədniyanın Tehrandakı Evin adlı həbsxanada aclıq aksiyasına başladıqları haqqında məlumat yayıb.
Ümumilikdə 12 menecer tutulub. Onların arasında İran prezidenti Həsən Ruhaniyə yaxın olanlar da var.
Bu məsələ ölkədə mübahisələrə səbəb olub. Həsən Ruhani menecerlərin günahsız olduğunu bildirib. Məhkəmə hakimiyyətinin sözçüsü Möhsün Ejei bəzilərinin təhlükəsizliyi təhdid etdikləri üçün həbs olunduqlarını bayan etmişdi.
İranın informasiya və kəşfiyyat naziri Mahmud Ələvi onların tutulmasına qarşı olduqlarını söyləyib. İran parlamenti sədrinin müavini Əli Mütəhhəri isə bildirib ki, menecerləri İranın İnformasiya və Kəşfiyyat Nazirliyi deyil, İnqilab Keşikçiləri Qvardiyasına bağlı təhlükəsizlik qurumu həbs edib.
Qeyd edək ki, İranda ən çox “Telegram” sosial şəbəkəsindən istifadə edilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR