Son beş ildə Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb

Son beş ildə Gürcüstan vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlanıb
17:12 22 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ 2012-2017-ci illərdə 500 Azərbaycan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, ölkənin Ədliyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 32 017 nəfərə Gürcüstan vətəndaşlığı verilib.
Bundan əlavə, 19 597 Rusiya, 1 686 ABŞ, 1 122 Ermənistan vətəndaşı Gürcüstan vətəndaşlığı alıb.
Eyni zamanda, analoji dövr ərzində 7 264 Azərbaycan vətəndaşı Gürcüstanda yaşamaq icazəsi alıb. Yaşamaq icazəsi alanların ümumi sayı 76 585 nəfər olub. Onlardan 4 666-sı ermənistanlı, 9 515-i rusiyalı, 657-si britaniyalı, 635-i almaniyalı və s. olub.
Bundan əlavə, 2013-cü ildən 2017-ci il mayın 24-dək 631 Azərbaycan vətəndaşı Gürcüstanda topraq sahəsi əldə edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/son-bes-ilde-gurcustan-vetendasligi-alan-azerbaycanlilarin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR