Anasından əmdiyi süd gözündən gəldi - VİDEO

Anasından əmdiyi süd gözündən gəldi - VİDEO
17:13 22 İyun 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin İzmir bölgəsində yaşayan 42 yaşlı Süleyman Bacak qeyri-adi istedadı ilə sosial mediada fenomen olub.

Publika.az xəbər verir ki, burnuna tökdüyü mayeni (su, süd) gözündən axıdır.

İlk dəfə uşaq yaşlarında hovuza girərkən kəşf etdiyi bu xüsusiyyətini təxminən 30 ildir əyləncəyə çevirib.

Hərbi xidmətdə olarkən həkimə müraciət edən Süleyman hələ də bunu necə etdiyini bilmir:

"Mən bunu uşaq yaşlarımdan edirəm. Təxminən 30 ildir ki, burnumdan aldığım mayeləri öz istəyimlə iki gözümdən axıdıram. Həkimə müraciət etsəm də, heç bir narahatçılığımın olmadığı deyilib. Həkimlər son dərəcə sağlam olduğumu deyir. Şükür, nə gözümdə, nə də başqa bir yerimdə narahatlığım və ya xəstəliyim yoxdur."

Həmin görüntülər sosial şəbəkələrdə izləmə rekordu qırıb.


Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/203601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR