Bakıda inanılmaz hadisə: qatarın altında qalan uşaq durub qaçdı

Bakıda inanılmaz hadisə: qatarın altında qalan uşaq durub qaçdı
17:14 22 İyun 2017
55 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Binəqədi rayonu ərazisində maraqlı hadisə baş verib. Lent.az xəbər verir ki, saat 08:25 radələrində Bakı-Sumqayıt elektrik qatarı Biləcəri stansiyası yaxınlığında hərəkətdə olarkən maşınistlər 10-12 yaşlı uşağın qəfil qatarın qarşısına çıxdığını görüblər. Lakin onlar qatarın uşağı vurmasına mane ola bilməyiblər. Bununla belə maşınistlər qatarı saxlayıblar və reys təxminən 5 dəqiqə gecikmə ilə yerinə yetirilib.

 

Maraqlıdır ki, qatar uşağı vurandan sonra maşınistlər düşərək ona kömək etməyə çalışıb. Bu zaman şəxsiyyəti məlum olmayan həmin oğlan qaçaraq uzaqlaşıb.

 

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsindən Lent.az-a bildirilib ki, hadisədən xəbərdardırlar, lakin uşağı tapa bilməyiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR