Azərbaycanın ABŞ-dakı səfiri Kramerə cavab verib

Azərbaycanın ABŞ-dakı səfiri Kramerə cavab verib
13:24 8 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun məktubu dərc edilib.

 

APA-nın xəbərinə görə, E. Süleymanov “Freedom House” təşkilatının keçmiş rəhbəri, Vaşinqtondakı Makkeyn İnstitutunun direktoru Devid Kramerin “Azadlıq” radiosunun Bakı bürosu ilə bağlı tənqidlərinə cavab verib.

 

Səfir bildirib ki, Azərbaycanda aparılan istintaqın ABŞ-a qarşı meydan oxumaq şəklində qiymətləndirilməsi sovet dövründə “əzilən, məsum ABŞ kommunistləri”nin azad edilməsi uğrunda kampaniyanı xatırladır: “SSRİ-də yaşamış biri kimi, mən təəssüflə qeyd etməliyəm ki, bir neçə onillik ərzində ideoloji dezinformasiya kampaniyalarının metodları dəyişməz qalıb”.

 

E. Süleymanov qeyd edib ki, D. Kramerin müdafiə etməyə çalışdığı Leyla Yunus beynəlxalq həkim briqadası tərəfindən müayinə olunaraq sağlam hesab edilib, “Azadlıq” radiosunun Bakı bürosu əməkdaşlarının dindirilməsi isə bu KİV-in yaxşı məlum olan ümumi problemi - maliyyə idarəçiliyi ilə bağlıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189761

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR