"McLaren-Honda" komandasının pilotları Fernando Alonso və Stoffel Vandorn Formula 1 Azərbaycan Qran Prisinin startında 15 mövqe itirə bilərlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu mətbuat konfransında pilot S.Vandorn deyib.
Onun sözlərinə görə, bu onunla əlaqədardır ki, komanda bolidlərə yeni "MGU-H" generatorları quraşdırır.
O deyib: "Yəqin ki, Fernando və mən yarışa son sıralardan başlamalı olacağıq. Yeni detalların mühərrrikə əlavə güc qatıb-qatmayacağını bilmirəm. Bunu mühəndislər daha yaxşı bilər".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində