Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsindən (VİDEO)

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsindən (VİDEO)
17:22 22 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsinin videosu yayılıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR