“Bibiheybətneft”də “SAP UOM” sisteminin tətbiqi ilə əlaqədar yığıncaq keçirilib

“Bibiheybətneft”də “SAP UOM” sisteminin tətbiqi ilə əlaqədar yığıncaq keçirilib
17:22 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində şirkətin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun sədrliyi ilə “SAP ERP” sisteminin Hasilatın İdarəolunması Modulunun (SAP UOM) tətbiqi və 2018-ci il üzrə NQÇİ-nin iş pqoqramının ilkin variantının müzakirəsinə həsr olunmuş yığıncaq keçirilib.
“Report” SOCAR-a istinadən xəbər verir ki, tədbirdə şirkətin Baş ofisinin, İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin, “Azneft”in, eyni zamanda NQÇİ-nin rəhbər nümayəndələri iştirak ediblər. 
Yığıncaqda qeyd olunub ki, "SAP UOM" modulunun “Azneft” İB-nin neft-qazçıxarma idarələrində tətbiqi hasilatın uçotunun təkmilləşdirilməsinə və hesabatların dəqiq aparılmasına, eləcə də quyular üzrə operativ uçotun və nəzarətin təşkil edilməsinə böyük imkanlar yaradır. Tədbirdə modulun “Bibiheybətneft” NQÇİ-də tətbiq olunması nəticəsində əldə edilən effektivlik, proqramın funksionallığı və onun gələcəkdə təkmilləşdirilməsi üzrə görüləcək işlər nəzərə alınıb, SOCAR-ın müştərək müəssisələrində də istifadə imkanları barədə müzakirələr aparılıb. 




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR