Bu ölkədə müəllimlərə silah gəzdirməyə icazə verildi

Bu ölkədə müəllimlərə silah gəzdirməyə icazə verildi
17:24 22 İyun 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kolorado ştatının müəllimləri odlu silahdan istifadə etməyi öyrənməyə başlayıblar. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, məktəbin odlu silahla hücuma məruz qalacağı təqdirdə cinayətkara cavab atəşi açmağı bacarmaları üçün ştatın məktəblərində onların odlu silah gəzdirmələrinə icazə verilib. Son illərdə ABŞ məktəblərində kütləvi qətllərin sayı artıb.

 

Kolorado ştatının Ueld dairəsinin 17 müəllimi və əməkdaşı bu həftə mühafizəkar yönümlü “Koloradolular vətəndaş azadlıqları uğrunda” təşkilatı tərəfindən təşkil edilmiş üçgünlük kurslarda iştirak edir. “Müəllimlər və inzibatçılar üçün təhlükəsizlik və çevik reaksiya məsələləri üzrə təlim” (FASTER) kursları Konnektikut ştatının Nyutaun şəhərində Sendi Huk məktəbində 20 uşağın və altı məktəb əməkdaşlının ölümü ilə nəticələnən kütləvi qətldən sonra yaradılıb. Kursların proqramına təhlükəsizlik və silahdan istifadə, habelə fövqəladə hallara reaksiya və şagirdlər üçün təhlükənin aradan qaldırılması üzrə dərslər daxildir.

 

Kolorado ştatının qanunvericiliyinə görə, məktəb əməkdaşları rəsmi icazələri olduğu halda gizli şəkildə silah gəzdirə bilərlər və təhsil ocağının hüdudları çərçivəsində təhlükəsizlik xidməti əməkdaşlarının rolunu icra edə bilərlər. Bu həftə kurslarda iştirak edənlərin çoxu ştatın polisin 30-45 dəqiqədən tez gedib çata bilmədiyi kənd yerlərində çalışır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR