Yunanıstanda üsyan başladı - FOTOLAR

Yunanıstanda üsyan başladı - FOTOLAR
17:38 22 İyun 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanda bələdiyyələrin əmək müqavilələrinin müddətini uzatmaması kütləvi nümayişlərlə nəticələnib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, işsiz qalma təhlükəsi ilə qarşı-qarşıya qalan 2 mindən təmizlik işçisi paytaxt Afinanın küçələrinə çıxıb.

Nümayişçilər ilk olaraq Daxili İşlər Nazirliyinin qarşısına gediblər. Nazirlik binasına daxil olmaq istəyən nümayişçilərin qarşısı polis tərəfindən alınıb. Binanın girişində yığdığı zibilləri yandırmaq istəyən işçilər daha sonra parlament binasının qarşısına gediblər.

Polis binaya daxil omaq istəyən nümayişçiləri bibər qazı və təzyiqli su ilə ərazidən uzaqlaşdırıblar.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR