Təhsil Nazirliyindən "plagiat dərslik" iddiasına cavab: "Ehtirasları kənara qoyun"

Təhsil Nazirliyindən "plagiat dərslik" iddiasına cavab: "Ehtirasları kənara qoyun"
17:39 22 İyun 2017
54 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Son günlər www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılmış “Şərq-Qərb” nəşriyyatının “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərslik layihələrində “səhv” və “plagiat” hallarının olması barədə tarixçi-alim Leyla Hüseynova və digərləri tərəfindən iddialar səsləndirilib. “Şərq-Qərb” nəşriyyatının müəllifləri isə həmin iddiaları səsləndirənləri dərslik müsabiqəsində uduzduqları üçün qərəzli mövqe nümayiş etdirməkdə ittiham edirlər.

 

Məsələ ilə bağlı səlahiyyətli olan dövlət qurumlarının da rəyini almağa çalışdıq.

 

Dərsliklərin elmi-metodiki monitorinqini həyata keçirən Dövlət İmtahan Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq  Dövlət  İmtahan Mərkəzi ümumi təhsili həyata keçirən  təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən bütün  dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin Təhsil Nazirliyinin sifarişi əsasında elmi-metodiki monitorinqini həyata keçirir.

Əvvəllər elmi-metodiki monitorinqin aparılmasında iştirak edən ekspertlərə əməkhaqqı büdcədən ödənilirdi. Hazırda isə Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, Təhsil Nazirliyi tərəfindən hansısa dərsliyin monitorinqinin aparılması sifariş edilsə, o zaman qarşılıqlı müqavilə bağlanır və proses icra olunur.

 

Qeyd edilən “Azərbaycan tarixi” dərsliyinin monitorinqi keçirilib. Layihə şəkilində bir neçə dərslik Dövlət İmtahan Mərkəzinə təqdim olunub və monitorinqin nəticələrinə dair rəy Təhsil Nazirliyinə göndərilib.

 

Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, www.trims.edu.az saytında ictimai müzakirəyə çıxarılan dərslik layihələri hələlik əlyazma şəklindədir və çap olunmayıb. Həmin dərslik layihələrinin ictimai müzakirəsi artıq başa çatıb və ictimaiyyət tərəfindən bildirilən bütün rəylər, irad və təkliflər həmin dərsliklərin nəşrə hazırlanması zamanı mütləq nəzərdən keçiriləcək: "Eyni zamanda onu da ictimaiyyətin nəzərinə çatdırırıq ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 19-cu maddəsinə görə, müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və ya müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə lazım olan həcmdə parçalar tədris xarakterli nəşrlərdə istifadə edilə bilər.

 

Təhsil Nazirliyi bütün tərəfləri artıq arxada qalmış dərslik müsabiqəsinin “ehtiraslarını” və şəxsi maraqları bir kənara qoyub, səyləri şagirdlərin istifadəsinə veriləcək həmin dərsliklərin daha mükəmməl olmasına yönəltməyə çağırır".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR