"Bu ölkələrdən gətirilən dərmanlarda problem var"

“Azərbaycanda dərman istehsalı ümumi dərman bazarının 3 faizindən artıq deyil”.

Bunu Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynov deyib: “Ölkəyə dərmanların 97 faizi müxtəlif ölkələrdən gətirilir. Uzun müddətdir ki, Hindistandan Azərbaycana dərman gətirilmək təşəbbüsləri var. Hindistan istehsalı bəzi dərmanlar xarici ölkələrdə o cümlədən, Avropada satılır. Azərbaycana isə məhdud sayda gətirilir, çünki Çindən, Hindistandan gətirilən dərmanlarda problemlər var.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, ölkəmizdə istehsal olunan və ya ölkəyə idxal olunan dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilində olmalıdır. Bununla əlaqədar 2016-cı il yanvar ayının 1-dən istifadə təlimatı Azərbaycan dilində olmayan dərman vasitələrinin idxalı qadağan edilib.

AİİB sədri əlavə edib: “Təəssüf ki, qida əlavəsi olan mallar dərman adı altında əhaliyə satılır. Onlayn ticarətlə, reklam olunaraq əhali aldadılır. Daha sonra məlum olur ki, bunun xəstəliyə heç bir faydası yoxdur. Məsələn, çörəkotu dərmanının şəkər xəstəliyinə faydalı olduğu deyilir, ancaq bu dərman qida əlavəsidir, şəkərə heç bir xeyri yoxdur”.

Aysel Yaqubqızı / Metbuat.az

(DİQQƏT: Bu dərmandan içməyin, ÖLDÜRÜR! - ARAŞDIRMA)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR