Vəzifəyə təyin olunan məşhur: “Bu, yaradıcılığıma mane olmayacaq”

Vəzifəyə təyin olunan məşhur: “Bu, yaradıcılığıma mane olmayacaq”
17:48 22 İyun 2017
89 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə tanınmış opera müğənnisi, Xalq artisti Samir Cəfərov Gəncə Dövlət Filarmoniyasına direktor təyin edilib.

Publika.az xəbər verir ki, opera ifaçısı təəssüratlarını bizimlə bölüşüb:

“Təbii ki, opera sahəsində göstərdiyim bir çox xidmətlərim olub, amma xəbər mənim üçün xoş sürpriz oldu. Mədəniyyət və Turizm naziri Ə.Qarayeva minnətdarlığımı bildirirəm. İnanıram ki, mənə gösərdikləri etimadı doğruldacam və illər ərzində qazandığım təcrübəni Gəncə Dövlət Filarmoniyasının heyəti ilə bölüşəcəm”.

Xalq artisti Samir Cəfərovun sözlərinə görə, Gəncə mədəniyyətinin öz layiqli yerini tutması üçün əlindən gələni edəcək. Gəncə Dövlət Filarmoniyasının direktoru etiraf edib ki, bu, təkcə gəncəlilər yox, bütün Azərbaycan üçün hədiyyədir:

“Gəncə qədim və mədəni şəhərdir. İnşallah şəhər festivalların mərkəzi olacaq. Gəncə eyni zamanda beynəlxalq şəhərdir, burda gözəl işlər görülüb. Biz də bu işlərə musiqi sahəsində töhfəmizi verməliyik”.

S. Cəfərov onu da vurğulayıb ki, yeni vəzifəyə təyin olunması onun paytaxt Bakı ilə əlaqələrinin kəsilməsinə səbəb olmayacaq:

“Bu, yaradıcılığımın gedişatına xələl gətirməyəcək. Əksinə, Gəncədə yeni fəaliyyətə başlayacam, ansamblların yaradılması ilə məşğul olacaq, eyni zamanda tədbirlədə və konsretlərdə əvvəlki qaydada çıxış edəcəyəm”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/203607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR