Əli Kərimlinin köməkçisinin məhkəməsinə şahidlər zorla gətiriləcək

Əli Kərimlinin köməkçisinin məhkəməsinə şahidlər zorla gətiriləcək
17:49 22 İyun 2017
23 Digər
Ölkə mətbuatı
A- A+

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, iş üzrə şahidlər məhkəmədə iştirak etmir.

Məlumat üçün qeyd edək ki, Faiq Əmirlinin işi üzrə 55 şahid var. Onlardan 28-i məhkəmədə dindirilsə də, digərləri məhkəmə prosesində iştirak etməyib.

Buna görə prosesə sədrlik edən hakim Aytən Əliyeva dindirilməyən şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edib.

Proses iyulun 3-də davam edəcək.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

 

 

Onun avtomobilindən Fətullah Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR