Azərbaycan Beynəlxalq Bankı Ramazan bayramı ərəfəsində hədiyyəli kampaniya keçirir

Azərbaycan Beynəlxalq Bankı Ramazan bayramı ərəfəsində hədiyyəli kampaniya keçirir
17:57 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ "Özəl günləri müştərilər üçün hər zaman xoş sürprizlərlə unudulmaz etməyə çalışan Azərbaycan Beynəlxalq Bankı (ABB) Müqəddəs Ramazan bayramı ərəfəsində də yeni bir kampaniyaya start verir".
“Report” xəbər verir ki, bu barədə ABB-nin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, “Hədiyyəli bayram alış-verişi” şüarı altında keçirilən kampaniya dövründə ABB-nin bütün plastik kartları (əmək haqqı, pensiya kartı və digər kartlar) ilə Banka aid POS-terminallarda ən çox məbləğdə alış-veriş edən ilk 100 müştəri aşağıdakı hədiyyələri qazanacaq:
- Ən çox məbləğdə ödəniş etmiş ilk 10 nəfərə “Səyahət dəsti” + 100 AZN pul mükafatı
- Ən çox məbləğdə ödəniş etmiş növbəti 10 nəfərə 100 AZN pul mükafatı
- Ən çox məbləğdə ödəniş etmiş növbəti 30 nəfərə 50 AZN pul mükafatı
- Ən çox məbləğdə ödəniş etmiş növbəti 50 nəfərə 30 AZN pul mükafatı
Kampaniya 23-30 iyun tarixlərində keçərlidir. Bu imkandan ABB-nin POS-terminallarının olduğu hər yerdə, supermarketlərdə, restoranlarda, geyim və parfümeriya dükanlarında, eləcə də digər ticarət və xidmət məkanlarında faydalanmaq mümkündür.
Ölkənin müasir dövlət bankı olan ABB-nin məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-ramazan-bayrami-erefesinde-hediyyeli-kampaniya-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR