Azərbaycanda 102 min nəfər uşağa görə sosial müvainət alır

Azərbaycanda 102 min nəfər uşağa görə sosial müvainət alır
18:03 22 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası ölkəmizdə aparılan sosial siyasətin əsas hədəflərindəndir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə BMT Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşdə bildirib.

S.Müslümovun sözlərinə görə, Azərbaycanda ümumilikdə 102,2 min nəfər uşağa görə aylıq sosial müavinət ödənilir. Həmçinin ailə başçısını itirməyə görə 24 250 ailəyə aylıq sosial müavinət, 118 167 ailəyə aylıq əmək pensiyası verilir və onların da ailə üzvlərinin böyük əksəriyyəti, eləcə də ünvanlı sosial yardlım alan ailələrdəki ailə üzvlərinin demək olar ki, yarısı uşaqlardır.

Nazir bildirib ki, bununla bərabər, nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ümumilikdə 331 uşaq daimi dövlət təminatında yaşayır və stasionar şəraitdə sosial xidmətlərlə təmin edilirlər.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/203609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR