Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik məktubu göndərib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna təbrik məktubu göndərib
18:17 22 İyun 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib. 
"Report" xəbər verir ki, məktubda deyilir:
"Lüksemburqun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq duyuram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Lüksemburq xalqına daim sülh və rifah diləyirəm".

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-luksemburqun-boyuk-hersoquna-tebrik-mektubu-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR