Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar ORTAYA ÇIXDI

Trampın Rusiya ilə əlaqələri barədə yeni detallar ORTAYA ÇIXDI
18:18 22 İyun 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru Daniyel Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocersə onun komandası ilə Rusiyanın arasında əlaqələrin mövcudluğunu təkzib etməyi təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda vəziyyətlə tanış mənbələrə istinadən CNN telekanalı bildirib.

Bildirilir ki, Kouts və Rocers ötən həftə ABŞ Ədliyyə Nazirliyində Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller və senatorlarla bir neçə ayrı görüş keçirib. Telekanalın mənbələrinin məlumatına görə, bu görüşlər məxfi xarakteri daşıyırdı və buna görə onlar bu söhbətlərin sonrakı detallarını açıqlaya bilmirlər.

Daha əvvəl KİV-in yazdığına görə, Tramp Kouts və Rocersdən Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırılmasına təsir etməyi xahiş edirdi. Trampın rəqibləri hesab edirlər ki, bu, prezidentin ədalətə mane olmaq cəhdidir və ABŞ-da cinayət hesab edilir.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezidentinin seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/203608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR