“Real Madrid” Kilian Mbappe və Canluci Donnarumma ilkin razılığa gəlib

“Real Madrid” Kilian Mbappe və Canluci Donnarumma ilkin razılığa gəlib
18:22 22 İyun 2017
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Fransanın “Monako” klubunun hücumçusu Kilian Mbappe və İtaliya təmsilçisi “Milan”ın qapıçısı Canluci Donnarumma İspaniya “Real Madrid”i ilə şifahi razılığa gəliblər. “Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, İspaniya təmsilçisinin prezidenti Florentino Peres sözügedən futbolçuların transfer məsələsini müzakirə etmək üçün baş məşqçi Zinedin Zidanın məzuniyyətdən qayıtmasını gözləyir.
C.Donnaruma ilə bağlı məsələdə “Real Madrid”in tələsmək fikri yoxdur. Çünki “Milan” onun 2018-ci ilin yayına qədər klubda qalcağını açıqlayıb. K.Mbappeyə gəlincə, 19 yaşlı futbolçu artıq “kral klubu”nda çıxış etmək istədiyini bildirib.
Qeyd edək ki, Kiliam Mbappenin mümkünü transferinin 130 milyon avro təşkil edəcəyi bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR