"Accessbank" yeni kampaniyaya başlayıb

"Accessbank" yeni kampaniyaya başlayıb
18:27 22 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ "Accessbank" QSC 15 illiyi münasibəti ilə, müştərilərinə 8 ədəd "Samsung Galaxy" planşeti, 4 ədəd "Apple IPhone 7" smartfonu və 2 ədəd Türkiyənin Antalya şəhərinə 2 nəfərlik səyahət vauçeri qazandıracaq “Bu yay üzünüzə güləcək!” adlı kampaniyaya başlayıb.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, lotereyada iştirаk etmək üçün fiziki şəxslər "Accessbank"dan əldə etdikləri "Mastercard" ödəniş kartı ilə 22 iyun-20 avqust (daxil olmaqla) tarixləri ərzində ölkə ərazisində və xaricində yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsul və ya xidmətlər üzrə nağdsız əməliyyat etməlidirlər.
Lotereyada iştirak hüququ qazanmaq üçün qeyd olunan tarixlər arasında edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 manat olmalıdır. Ümumi dəyəri 20 manat olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak şansı qazandırır. Şansların sayı məhdudlaşdırılmır.
Lotereya iki tirajdan ibarətdir və 22 iyun-20 iyul tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar 31.07.2017-ci il tarixli tirajda, 2017-ci ilin 21 iyul-20 avqust tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar isə 30.08.2017-ci il tarixli tirajda iştirak edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/accessbank-yeni-kampaniyaya-baslayibbb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR