Parlament tarixində İLK: deputat uşağını əmizdirərək ÇIXIŞ ETDİ - FOTO/VİDEO

Parlament tarixində İLK: deputat uşağını əmizdirərək ÇIXIŞ ETDİ - FOTO/VİDEO
18:28 22 İyun 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bu dünyada körpəsinə süd verən anadan daha zərif və mərhəmətli insan varmı? Yəqin ki, yoxdur.

Publika.az xəbər verir ki, avstraliyalı xanım Uoters parlamentdə körpəsini əmizdirən ilk siyasətçi qadın kimi tarixə düşüb. Avtstraliya parlamenti artıq neçə ildir ki, siyasətçi qadınlara bu hüququ verib. Lakin Uotersədək hələ heç kim bu imkandan istifadə etməyib.

Feysbuk hesabında öz incə jestinə aydınlıq gətirən siyasətçi bunları deyib: “Mənim qızım 3 aylıqdır, onu ana südündən ayırmaq hələ çox tezdir. Bizə parlamentdə daha çox valideyn lazımdır. Ümid edirəm ki, gələcəkdə analar üçün parlamentdə daha rahat şərait yaradılacaq”.

Leyla Sarabi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR