"Ailə TV"nin ofisinə basqınla bağlı RƏSMİ MƏLUMAT

"Ailə TV"nin ofisinə basqınla bağlı RƏSMİ MƏLUMAT
18:42 22 İyun 2017
42 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu "Ailə TV" kabel televiziyasının ofisinə basqınla bağlı birgə məlumat yayıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.

Belə ki, 15 mart 2017-ci il tarixdə saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən "Ailə" şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçmaları faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR