"Ailə TV"nin ofisinə basqının üstünün açılması ilə bağlı birgə məlumat yayılıb

"Ailə TV"nin ofisinə basqının üstünün açılması ilə bağlı birgə məlumat yayılıb
18:42 22 İyun 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu "Ailə TV" kabel televiziyasının ofisinə basqınla bağlı birgə məlumat yayıb. 
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb.
Belə ki, 15 mart 2017-ci il tarixdə saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən “Ailə” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçmaları faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/aile-tv-nin-ofisine-basqinin-ustunun-acilmasi-ile-bagli-birge-melumat-yayilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR