Şəkidə 37 yaşlı kişini ilan sancdı

Şəkidə 37 yaşlı kişini ilan sancdı
19:18 22 İyun 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 37 yaşlı kişini ilan sancıb.
Publika.az xəbər verir ki, iyunun 21-i saat 23.00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1980-ci il təvəllüdlü Elmar Mahir oğlu Ağabalayev ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub. Məlum olub ki, E. Ağabalayev ailəsinə məxsus əkin sahəsində iş görən zaman ilan qəfildən onun sol ayağının baş barmağından sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elmar Ağabalayevə lazımi tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub. Vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/203619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR