Tramp: “Obama niyə Rusiyanı dayandırmadı?”

Tramp: “Obama niyə Rusiyanı dayandırmadı?”
19:28 22 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

“Barak Obamanın administrasiyası 2016-cı ildə Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsinin qarşısını kəsməli idi”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp “Tvitter” hesabında yazıb.

“Yeri gəlmişkən, əgər Rusiya 2016-cı ildə seçkilər üzərində fəal işləyirdisə, bütün bunlar Obama administrasiyasının dövründə baş verirdi. Onlar niyə Rusiyanı dayandırmadılar?” - Tramp qeyd edib.

Daha əvvəl Tramp qeyd etdi ki, 7 aylıq araşdırmaların gedişatında heç kim onun Rusiya ilə güman edilən əlaqələrini sübut edə bilməyib.

Lakin bu gün vəziyyətlə tanış mənbələrə istinadən CNN telekanalı bildirib ki, Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru Daniyel Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocersə onun komandası ilə Rusiyanın arasında əlaqələrin mövcudluğunu təkzib etməyi təklif edib.

Bildirilir ki, Kouts və Rocers ötən həftə ABŞ Ədliyyə Nazirliyində Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller və senatorlarla bir neçə ayrı görüş keçirib. Telekanalın mənbələrinin məlumatına görə, bu görüşlər məxfi xarakter daşıyırdı və buna görə onlar bu söhbətlərin sonrakı detallarını açıqlaya bilmirlər.

Daha əvvəl KİV-in yazdığına görə, Tramp Kouts və Rocersdən Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırılmasına təsir etməyi xahiş edirdi. Trampın rəqibləri hesab edirlər ki, bu, prezidentin ədalətə mane olmaq cəhdidir və ABŞ-da cinayət hesab edilir.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR