Milli Məclisin deputatı Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
19:42 22 İyun 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 iyun. REPORT.AZ/ Milli Məclisin deputatı Cavanşir Feyziyev iyunun 28-də Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Astanada səfərdə olacaq.
Bu barədə "Report"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. 
C.Feyziyev seçkiləri Türkdilli Ölkələrin Parlament Assambleyasının xətti ilə müşahidə edəcək. O, digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişini və vətəndaşların fəallığını izləyəcək.
Səfər iyunun 29-da başa çatacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR