"Real" iki dünya ulduzu ilə razılığa gəldi

"Real" iki dünya ulduzu ilə razılığa gəldi
19:47 22 İyun 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

“Monako”nun hücumçusu Kilian Mbappe və “Milan”ın qapıçısı Canluci Donnarumma "Real"la şifahi razılığa gəlib.


İspaniya təmsilçisinin prezidenti Florentino Peres sözügedən futbolçuların transfer məsələsini müzakirə etmək üçün baş məşqçi Zinedin Zidanın məzuniyyətdən qayıtmasını gözləyir.


Donnaruma ilə bağlı məsələdə “Real"ın tələsmək fikri yoxdu. Çünki “Milan” onun 2018-ci ilin yayına qədər klubda qalacağını açıqlayıb. Mbappeyə gəlincə, 19 yaşlı futbolçu artıq “Kral Klubu”nda çıxış etmək istədiyini bildirib.


Mbappenin mümkün transferinin 130 milyon avro təşkil edəcəyi bildirilir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-iki-dunya-ulduzu-il-razla-gldi-t58856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR