"Heydər" məscidində bayram namazı 2 dəfə qılınacaq

"Heydər" məscidində bayram namazı 2 dəfə qılınacaq
19:52 22 İyun 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

"Heydər" məscidində bayram namazı iyunun 26-da iki dəfə qılınacaq.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə  məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib.

Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.

R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib: "Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər".

Qeyd edək ki, iyunun 25-də "Heydər" məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə "Quran" tilavət ediləcək, dular olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/556820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR