Bir il əvvəlki RAZILAŞMA, payızda QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bir il əvvəlki RAZILAŞMA, payızda QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 22 İyun 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edib. Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Dağlıq Qarabağda yeni toqquşmalar barədə xəbərdarlıq edib. Yunanıstan Xarici İşlər Nazirliyi Ayasofyada Quran oxunmasına qarşı çıxıb. İran ABŞ-ın İŞİD terror təşkilatına birbaşa dəstəyinin sübutlarını dərc edəcək. Rusiya Xarici İşlər Nazirliyi İŞİD terror qruplaşmasının liderinin böyük ehtimalla öldürüldüyünü açıqlayıb.Vikiliks” MKİ-nin kibercasus haqqında məxfi sənədlərinin növbəti hissəsini dərc edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir. Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.
Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq tapşırıqlar verib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında, həmçinin Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub. Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir.

Bu yaxınlarda baş tutan Rusiya və Fransa xarici işlər nazirlərinin - Sergey Lavrov və Jan-İv le Drianın görüşündə Dağlıq Qarabağ münaqişəsinin müzakirə edilib-edilməməsi sualına cavab olaraq, Rusiya XİN-in rəsmi nümayəndəsi bu məsələnin ətraflı müzakirə olunmadığını bildirib.

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan Brüsselə yola düşüb. Ermənistan prezidenti Avropa Xalq Partiyasının sammitində iştirak edəcək.

Erməni siyasi şərhçi Akop Badalyan yazır ki, Sarkisyanın Brüssel səfərinin əsas məqsədinin dəstək əldə etmək olduğunu yazıb.

Sarkisyanın Brüssel səfərinin SİRRİ ORTAYA ÇIXDI: Putinin Qarabağ planına qarşı HƏMLƏ

“Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı var. Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa bilərik”. Bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, ötən il “Kazan düsturu” üzrə əldə olunan razılaşmalar pozulub: “Xatırladım ki, “Kazan düsturu” Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, əvəzində Ermənistanın blokadadan çıxarılmasını, regionda ATƏT-in nəzarəti ilə silahsızlaşdırma prosesinin başlanmasını nəzərdə tuturdu. Bir il öncə tərəflər bütün bunlar haqqında demək olar ki, razılaşdılar, lakin sonradan danışıqlar təxirə salındı”.

S.Markov qeyd edib ki, danışıqların ləğv olunması yeni müharibənin real təhlükəsini yaradır.

Putinin adamı Qarabağ danışıqlarının GİZLİ TƏRƏFİNİ AÇDI: İrəvan masadan qaçdı, indi...

Türkiyə kəşfiyyatı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 15 iyul dövlət çevrilişinə cəhddən dərhal sonra dövriyyəyə buraxdığı “B planı”nı, yəni “İkinci Gəzi”ni bütün detalları ilə ifşa edib. Bu haqda “Haber7” saytında yazar Batuhan Yaşar bildirib.

Onun sözlərinə görə, məqsəd 2017-ci il aprelin 17-də keçirilən referendum öncəsi Gəzi hadisələrinə (2013) bənzəri xaos yaratmaq idi. Yazar planın qəhrəmanının isə səhhəti ilə əlaqədar bu yaxınlarda həbsdən buraxılan Suriya əsilli tanınmış jurnalist və Yaxın Şərq üzrə ekspert Hüsnü Mahallinin olduğunu bildirib.

Ölkə addım-addım xaosa... - Türkiyəyə qarşı “B planı”nın DETALLARI

ABŞ müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri İşıka YPG terror təşkilatı ilə bağlı məktub göndərib. Məktubda YPG-nin təchizatı, həmçinin təşkilata verilən silahlarla bağlı məlumatlar yer alıb.

Mettis YPG-nin verilən materiallara dair siyahını hər ay nizamlı olaraq Türkiyəyə təqdim ediləcəyini qeyd edib. Amerikalı nazir həmçinin Rakkanı ələ keçirəcək güclərin 80 faizinin ərəblərdən təşkil ediləcəyini və İŞİD-dən təmizlənməsindən sonra şəhərə ərəblərin nəzarət edəcəyini bildirib.

O, İŞİD-i məğlub etmək üçün YPG ilə işbirliyinin zəruri olduğunu əlavə edib.

Yunanıstan Xarici İşlər Nazirliyi Ayasofyada Quran oxunmasına etiraz edib. “Biz Ayasofyada Türkiyə Dini İşlər İdarəsi rəhbərinin iştirakı ilə Quran oxunması və bunun Türkiyə dövlət televiziyasında yayımlanmasını qınayırıq. Ayasofya YUNESKO dünya mədəniyyət irsinin bir hissəsi kimi tanınır. Burada Quran oxunmaqla onu məscidə çevirmək cəhdi beynəlxalq ictimaiyyəti təhqir etmək deməkdir. Bu, xristianların dini hisləri ilə oynamaqdır”, – deyə bəyanatda yer alıb.

Qeyd edək ki, Ayasofya 537-ci ildə Bizans imperatoru Yustinianın əmri ilə tikilib. 1453-cü ildə İstanbulun Osmanlı imperatoru Fateh II Mehmet tərəfindən ələ keçirilməsindən sonra kilsə məscidə çevrilib. 1935-ci ildən bu günə qədər Ayasofya müzey olaraq fəaliyyət göstərir.

Türkiyə uzun illərdən sonra ilk dəfə keçən il burada azan oxunmasına izn vermişdi. Bu, rəsmi Afinanın kəskin etirazına səbəb olmuşdu.

İran ABŞ-ın İŞİD terror təşkilatına birbaşa dəstəyinin sübutlarını dərc edəcək. Bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanının məsləhətçisi Həmin Rza Moqadam Far deyib.

“Biz sənədləri dərc etməyi planlaşdırırıq. Bu sənədlər göstərir ki, ABŞ İŞİD-ə silah verir, lojistik dəstək və tibbi yardım göstərir”, - SEPAH-ın nümayəndəsi bildirib.

O həmçinin qeyd etdi ki, terror təşkilatının yaradılmasının arxasında ABŞ-ın özü dayanır:

“ABŞ-ın terror təşkilatına dəstəyindən daha əhəmiyyətli fakt ondan ibarətdir ki, İŞİD-in yaradılması ABŞ-ın işidir. Onlar bu faktı gizlədə bilmirlər. Bu gün bildirirlər ki, “biz bu təşkilatı yaradaraq səhv etdik, indi onu məhv etmək istəyirik”. Amma onlar əvvəlki kimi yalan danışırlar və bunu sübut edəcək çoxlu sənəd var”.

Daha əvvəl – iyunun 11-də İran Silahlı Qüvvələrinin qərargah rəisinin müavini , general Mustafa İzadi bildirib ki, Tehran ABŞ-ın İŞİD-ə birbaşa dəstəyini göstərən sübutlara malikdir.

İŞİD terror qruplaşmasının lideri Əbubəkr əl-Bağdadi böyük ehtimalla öldürülüb. Bu haqda Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Bir neçə gün əvvəl isə idarədən bildiriblər ki, İŞİD liderinin ölümünü təsdiq edəcək sübutlar yoxdur.

Xatırladaq ki, Rusiya hərbi aviasiyası mayın 28-də Suriyanın Rakka şəhərinin yaxınlığında İŞİD liderlərinin müşavirəsinin keçirildiyi qərargahı bombalayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, İŞİD-in 30 səhra komandiri və onların 300-ə qədər köməkçisi məhv edilib. Onların arasında Bağdadinin də olduğu ehtimal edilir.

Suriya lideri Bəşər Əsədin vəzifədən ayrılmasının ölkədəki böhranın həlli yolu olacağını düşünmürəm. Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Çünki qanuni şəkildə onu əvəz edəcək bir namizədin olacağını düşünmürəm. Həmçinin qeyd edim ki, rəsmi Dəməşq kimyəvi silahdan istifadə etsə, Fransa ordusu Suriyada hökumət qüvvələrinə hücum edəcək”, - Makron bildirib.

Bazar günü, iyunun 18-də ABŞ Hərbi-Dəniz Qüvvələrinin F-18 “Xornet” qırıcısı Suriya hərbi təyyarəsini vurdu. Bu, faktiki olaraq, bir ölkəyə qarşı ABŞ Konqresinin elan etmədiyi və icazə vermədiyi müharibə aktıdır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqladığı rəsmi bəyanata görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi.

Və təbii ki, hadisəyə Moskvanın reaksiyası çox sərt oldu. Rusiya Müdafiə Nazirliyi hadisəni BMT-yə üzv dövlətin qanuni silahlı qüvvələrinə qarşı “terrorizmlə mübarizə” adı altında ABŞ aviasiyasının döyüş hərəkətləri beynəlxalq hüququn kobud pozuntusu adlandırdı. Rusiya Suriya hərbi təyyarəsinin vurulmasından dərhal sonra Suriya səmasında toqquşmaların qarşısının alınması üçün yaradılmış ABŞ-la əlaqə kanalının bağlandığını açıqladı. Eyni zamanda açıqladı ki, Fərat çayının qərbində aşkar edilən bütün hava obyektləri hədəf kimi qəbul olunacaq. Yəni, həmçinin Amerika hərbi təyyarələri və pilotsuz kəşfiyyat təyyarələri də hədəf hesab ediləcək.

“The American Conservative” yazıb ki, Moskva ciddidirsə, Suriyada Rusiya və ABŞ-ın toqquşmasının real perspektivi gözlənilir.

Azad edilmiş ərazilər uğrunda YENİ SAVAŞ: Müharibə indi BAŞLANIR

“Vikiliks” portalı “Vault 7” nəşrlər seriyası çərçivəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) kibercasus haqqında məxfi sənədlərinin növbəti hissəsini dərc edib. Sənədlərin növbəti hissəsi “Amansız kenquru” (Brutal Kangaroo) adlanır.

Proqram birbaşa təşkilatın kompüter şəbəkəsinə daxil olmağa qadirdir.

“Vikiliks” MKİ-ni növbəti dəfə ifşa etdi – “AMANSIZ KENQURU”

ABŞ prezidenti Donald Tramp Milli Kəşfiyyat İdarəsinin direktoru Daniyel Kouts və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocersə onun komandası ilə Rusiyanın arasında əlaqələrin mövcudluğunu təkzib etməyi təklif edib. Bu haqda vəziyyətlə tanış mənbələrə istinadən CNN telekanalı bildirib.

Bildirilir ki, Kouts və Rocers ötən həftə ABŞ Ədliyyə Nazirliyində Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller və senatorlarla bir neçə ayrı görüş keçirib. Telekanalın mənbələrinin məlumatına görə, bu görüşlər məxfi xarakteri daşıyırdı və buna görə onlar bu söhbətlərin sonrakı detallarını açıqlaya bilmirlər.

Daha əvvəl KİV-in yazdığına görə, Tramp Kouts və Rocersdən Federal Təhqiqatlar Bürosunun (FTB) araşdırılmasına təsir etməyi xahiş edirdi. Trampın rəqibləri hesab edirlər ki, bu, prezidentin ədalətə mane olmaq cəhdidir və ABŞ-da cinayət hesab edilir.

Qeyd edək ki, Konqresdə Rusiyanın ABŞ-dakı prezidentinin seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin FTB aparır.

Bu gün Əfqanıstanın cənubundakı Helmand əyalətində partlayış baş verib. Bomba yüklü avtomobilin partladılması nəticəsində 30-a qədər adam ölüb, ən az 50-si ağır yaralanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/203616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR