Poroşenko: “Saakaşvili əfsus ki, əhəmiyyətli heç nə etmədi”

Poroşenko: “Saakaşvili əfsus ki, əhəmiyyətli heç nə etmədi”
20:08 22 İyun 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

“Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru olaraq ölkə üçün əhəmiyyətli heç nə etmədi”.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Pyotr Poroşenko Brüsseldə brifinqdə deyib.

“Mən cənab Saakaşvilinin Ukraynada nə etdiyini qətiyyən bilmirəm. Çünki, o mənə kömək etmək üçün dəvət edilmişdi. Amma, əfsus ki, nəticələri görürsünüz, o, əhəmiyyətli heç nə etmədi”, - Poroşenko bildirib.

Dünən Saakaşvili deyib ki, Ukrayna prezidenti onu məhkəmə vasitəsilə vətəndaşlıqdan məhrum etmək niyyətindədir.

Xatırladaq ki, Saakaşvili 2015-ci ilin mayında Odessa vilayətinin qubernatoru təyin edilib. Poroşenko onun təyinatının əsas təşəbbüskarı idi. 2016-cı ilin noyabrında isə Saakaşvili Ukraynanın hakimiyyətini korrupsiya ilə mübarizə aparmamaqda ittiham edərək istefa verib. Onun sözlərinə görə, Poroşenko regionda cinayətkar qruplaşmaları himayə edir.

Ömər

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR