Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək

Azərbaycan şirkəti Avropa Olimpiya Festivalını idarə edəcək
20:22 22 İyun 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gyor (Macarıstan) şəhərinin ev sahibliyi edəcəyi Avropa Olimpiya Festivalı 14-18 yaşlı idmançılar arasında ilk Avropa multi-idman yarışıdır və Avropa Olimpiya Komitəsi tərəfindən hər iki ildən bir təşkil olunur.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, sayca 15-ci olan bu ilki oyunlara komitəyə üzv olan 50 ölkədən idmançıların qatılacağı gözlənilir. Dünya idman arenasında əhəmiyyətli olan bu yarışda xalların hesablanması, video-nəzarət və vaxtın idarə edilməsi xidmətlərini məhz Azərbaycanın innovativ brendi “SmartScoring” həyata keçirəcək.

SmartScoring Azərbaycan Gimnastika Federasiyasının və eyni zamanda Avropa Gimnastika İttifaqının rəsmi tərəfdaşıdır. Azərbaycanda idman sahəsində ilk olan milli brend yeni olimpiya dövründə artıq bir çox irimiqyaslı yarışlarda – kişi idman gimnastikası və bədii gimnastika üzrə Avropa Çempionatları, o cümlədən paytaxtımızda baş tutan gimnastika növləri üzrə Dünya Kuboku mərhələləri və 42-ci Şahmat Olimpiadasında xalların elektron hesablanması, hakimlik və xronometraj xidmətlərini peşəkarcasına həyata keçirmişdir.

Əlbəttə, şirkət uğurlu fəalliyətini davam etdirərək, öz dəyərli təcrübəsini daha da genişləndirmək niyyətindədir. Belə ki, SmartScoringin yüksək ixtisaslı peşəkarlardan ibarət komandası Avropa Olimpiya Festivalından sonra, aerobika gimnastikası üzrə Avropa Çempionatına hazırlıq üçün İtaliyaya yollanacaq, ardıyca isə onları akrobatika gimnastikası üzrə Avropa Çempionatının təşkil olunacağı Polşa gözləyir..

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR